AZ RU Mobil versiya
COVID-19 peyvəndi sonsuzluğa səbəb olmur, bu fikirlər əsassızdır - Həkim
Tarix: 24-06-2021 | Saat: 15:41
Bölmə:Səhiyyə | çapa göndər

COVID-19 peyvəndi sonsuzluğa səbəb olmur, bu fikirlər əsassızdır - Həkim

COVID-19-a qarşı peyvəndlərin qısa müddətdə istehsal olunduğu üçün təhlükəli olması fikri doğru deyil.

Aia.az bildirir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir: "İş ondadır ki, bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda, COVID-19-a qarşı peyvəndlərin istehsalında, ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla, bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında bu peyvəndlər aidiyyatı orqanlar tərəfindən sürətlə təsdiqləndi.

Məlum məsələdir ki, 100 faiz təsirli bir peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarıın üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır.

Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. İzah edim. Peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi

4112 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021