"Lider TV"nin fəaliyyəti dayandırıldı
Tarix: 01-06-2021 | Saat: 09:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
!["Lider TV"nin fəaliyyəti dayandırıldı](https://adalet.az/uploads/img/posts/2021/06/01/6jpg-1622525921.jpg)
Bu gündən "Lider TV"nin fəaliyyəti dayandırılıb.
aia.az xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub.
Qərara əsasən, şura "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.
Beləliklə, qərarla "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025