Mobil versiya
Azərbaycanın daha iki idmançısına yüksək rütbə verildi - FOTO
Tarix: 31-05-2021 | Saat: 16:31
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın daha iki idmançısına yüksək rütbə verildi -

Azərbaycanlı idmançıların hərbi rütbələri artırılıb.

aia.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən cüdoçu Rüstəm Orucov və karateçi Fəridə Abıyevanın rütbələri artırılıb.

Rüstəm Orucova baş leytenant, Fəridə Abıyevaya isə kapitan rütbəsi verilib.

Onların hər ikisinə Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən rütbələr təqdim olunub.

Qeyd edək ki, mayın 24-də digər cüdoçumuz Nicat Şıxəlizadəyə DSX-nın mayor rütbəsi verilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025