Baş Prokurorluq: Pərvanə Əhmədovanın qəsdən öldürülməsinə dair əsaslı şübhələr müəyyən edilib
Tarix: 31-05-2021 | Saat: 11:23
Bölmə:Gündəm | çapa göndər

Paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq, Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-03-2025
18-03-2025