Mobil versiya
Qazaxıstan azərbaycanlılarından “YAŞAT” Fonduna dəstək
Tarix: 27-05-2021 | Saat: 10:47
Bölmə:Gündəm | çapa göndər

Qazaxıstan azərbaycanlılarından “YAŞAT” Fonduna dəstək

Kostanay vilayətindəki soydaşlarımız “YAŞAT” xeyriyyə marafonuna qoşulublar.

Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən azərbaycanlı icmasının “Birlik” etnomədəni cəmiyyətinin təşəbbüsü ilə “YAŞAT” xeyriyyə marafonuna dəstək tədbiri keçirilib.

Tədbirdə çıxış edən “Birlik” cəmiyyətinin sədri Rafail Hacıbalayev deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il Vətən müharibəsində qələbəni bizə yaşadanlara və zəfər tarixini yazanlara dəstək olmaq hər bir azərbaycanlının borcudur:

“Qazaxıstan azərbaycanlıları da böyük xalqımızın bir hissəsi olaraq hər an dövlətimizə dəstək olmaq üçün əlindən gələni etməyə hazırdır”.

Cəmiyyətin tədbirdə iştirak edən 51 üzvü “YAŞAT” xeyriyyə marafonuna qoşulduğunu bildirib və ianələr edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025