Sevda Səfərova: “Ermənistan bundan sonra da regional layihələrdən kənarda qalmaq istəmirsə, öz qonşuları ilə münasibətlərini normallaşdırmalıdır”
Tarix: 26-05-2021 | Saat: 16:53
Bölmə:Gündəm | çapa göndər

“Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Məhz bu səbəbdən regional inkişaf və əməkdaşlıq perspektivləri mövzusunda aparılan müzakirələrdə ölkəmiz əsas söz sahibi kimi çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də öz çıxışında vurğuladığı kimi, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Artıq regionda maraqlı olan bütün qüvvələr də belə bir həqiqəti qəbul edirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmini, transmilli enerji və logistik layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı ilə uğurla həyata keçirilə bilər.” Bu sözləri mətbuata verdiyi açıqlamada Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı sədrinin müavini Sevda Səfərova deyib.
Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələrin böyük önəm kəsb etdiyini vurğulayan Sevda Səfərova qeyd edib ki, bu videokonfrans Azərbaycanın regionda tək lider dövlət olduğunun artıq bütün dünya tərəfindən qəbul edildiyini bir daha isbatlamış oldu: “Bəli, Azərbaycan bu gün həqiqətən də Cənubi Qafqazda tək lider dövlətdir və bu regionda heç bir beynəlxalq layihə ölkəmizin iştirakı olmadan həyata keçirilə bilməz. Əslində Azərbaycan hələ Vətən müharibəsindən əvvəl də Cənubi Qafqazda gedən proseslərə ən böyük təsir gücünə malik olmaqla, həyata keçirilən trans-milli layihələrin əsas iştirakçısı və bir çox hallarda təşəbbüskarı kimi çıxış edirdi. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə isə ölkəmizin mövqeylərini daha da möhkələndirdi, imkanlarını geniləndirdi. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi və real güc sahibi olduğunu bütün dünyaya göstərdi. Digər tərəfdən də Azərbaycanın apardığı hərbi əməliyyatlarla eyni zamanda mühüm beynəlxalq enerji layihələrinin reallaşdırlımasında öz öhdəliklərini uğurla başa çatdırması, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ölkəmizin geniş imkanlarının və böyük potensialının daha bir nümayişi oldu. Bütün bunlara paralel olaraq Azərbaycanda pandemiyaya qarşı mübarizənin də son dərəcə uğurla həyata keçirilməsi əlbəttə ki, dünya ictimaiyyətinin nəzərindən qaça bilməzdi. Məhz bütün bu amillər dünyanın aparıcı dövlətlərinin, beynəlxalq siyasi qurumların və transmilli konsorsiumların Azərbaycana olan maraq və diqqətini daha da artırdı. Əlbəttə ki, əldə olunmuş bütün bu nailiyyətlər ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyipraqmatik, düşünülmüş xarici və daxili siyasətin nəticələri olaraq əldə olunmuşdur. Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələrin gedişində da bütün bunlar öz əksini bariz şəkildə tapmışdır. Videokonfransda iştirak edən Azərbaycan Prezidentinə ünvanlanan suallardan da aydın olurdu ki, dünya gücləri sadəcə Cənubi Qafqazda deyil, bütün dünyada baş verən qlobal hadisələrə, proseslərin gedişinə məhz Azərbaycanın münasibəti ilə maraqlanırlar, bu və ya digər məsələlərdə Azərbaycanın mövqeyini önəmli sayırlar.”
Həmçinin Sevda Səfərova qeyd edib ki, regionda yaranmış yeni iqtisadi əməkdaşlıq imkanları, xüsusən də enerji və nəqliyyat daşımaları sahəsində görünən perspektivlər gün bütün dünya tərəfindən böyük maraqla araşdırılır: “Dünya dövlətlərinin, daha dəqiq desək aparıcı dövlətlərin Cənubi Qafqazda maraqları hər zaman olub. Buna istər regionun strateji geosiyasi mövqeyi, istərsə də təbii ehtiyatlar və enerji resursları səbəb olub. Bu gün əlbəttə ki, şərtlər kəskin şəkildə dəyişib. Yəni artıq heç bir qüvvə Azərbaycanın mövcud olduğu regionda hegemonluq iddiasına düşə bilməz. Lakin maraqlar yenə də qalır və onların təmin olunması artıq tamamilə yeni formatda həyata keçirilə bilər. O cümlədən bu gün müşahidə etdiyimiz proseslər də buna əlverişli zəmin yaradır. Dünya dövlətləri bu gün artıq avrasiya məkanında əsas logistik dəhlizlərin kilid nöqtəsi rolunu oynayan, eləcə də Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olan Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa, strateji tərəfdaşlığa nail olmaq üçün özləri səy göstərir, müxtəlif təşəbbüslərlə çıxış edirlər. Eləcə də Vətən müharibəsindən sonra regionda yaranmış yeni iqtisadi əməkdaşlıq imkanları bu gün bütün dünya tərəfindən böyük maraqla araşdırılır. Təbii ki, bu imkanlar daha çox enerji və nəqliyyat daşımaları kimi sahələri əhatə edir. Məhz bu baxımdan Zəngəzur dəhlizinin açılması müstəsna əhəmiyyət kəsb edən bir layihə olacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təkliflər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda öz əksini tapıb. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. O cümlədən Azərbaycan Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan layihənin həyata keçirilməsi ilə bağlı işlərə artıq başlayıb və bu layihə reallaşdıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Əlbəttə ki, Azərbaycan bu layihəni Ermənistanın mövqeyindən asılı olmayaraq həyata keçirəcək. Bununla belə, Ermənistanın özü də Zəngəzur dəhlizinin açılmasına əngəl törətmək cəhdlərinə yol verməyəcəyi təqdirdə yaranacaq yeni logistik imkanlar sayəsində xeyli divident əldə edə bilər.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-03-2025
18-03-2025