Samir Şərifov: Hesabat ilində dövlət büdcəsinin 3,1 faizi sosialyönümlü xərclərə sərf olunub
Tarix: 24-05-2021 | Saat: 13:31
Bölmə:Gündəm | çapa göndər
![Samir Şərifov: Hesabat ilində dövlət büdcəsinin 3,1 faizi sosialyönümlü xərclərə sərf olunub](https://azertag.az/files/galleryphoto/2021/2/1000x669/w_1516218470464871532852_1000x669.jpg)
Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımları nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanır. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ordu quruculuğunda və digər sahələrdə mühüm işlər görülüb. Dövrün çağırışlarına zamanında adekvat reaksiya verilib.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasında bildirib.
Nazir qeyd edib ki, 2020-ci ildə ölkəmizdə kənd təsərrüfatı və nəqliyyat sektorlarında irəliləyiş müşahidə olunub.
Bildirilib ki, manatın sabitliyinin qorunması inflyasiyanın qarşısının alınmasına kömək edib. Dövlət büdcəsindən pandemiya ilə mübarizəyə xeyli vəsait xərclənib. Buraya dəstək proqramları, sosialyönümlü xərclər daxildir. Modul tipli xəstəxanaların açılmasına, tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ümumilikdə səhiyyə sahəsinə dövlət büdcəsindən 600 milyondan çox vəsait xərclənib. Təkcə səhiyyə işçilərinə 186 milyon manat vəsait ödənilib.
S.Şərifov bildirib ki, hesabat ilində dövlət büdcəsinin 3,1 faizi sosialyönümlü xərclərə sərf olunub. Qeyri-neft sektorunda büdcə daxilolmaları 10 milyard 680 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulandan çoxdur.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025