Mobil versiya
Baş Prokurorluq polisin sevgilisini öldürüb intihara cəhd etməsilə bağlı məlumat yaydı
Tarix: 20-05-2021 | Saat: 15:40
Bölmə:Gündəm | çapa göndər

Baş Prokurorluq polisin sevgilisini öldürüb intihara cəhd etməsilə bağlı məlumat yaydı

Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:

“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025