Asudə Cəfərova: “Prezident İlham Əliyev Naxçıvanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayıb”
Tarix: 19-05-2021 | Saat: 17:27
Bölmə:Gündəm | çapa göndər
![Asudə Cəfərova: “Prezident İlham Əliyev Naxçıvanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayıb”](/uploads/posts/2021-05/1621431246_n-2.jpg)
“Naxçıvan bu gün Azərbaycanın ən inkişaf etmiş və dinamik inkişaf edən bölgələrindən biridir. Bu inkişaf davamlı olaraq bütün sahələr üzrə müşahidə olunmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin Muxtar Respublikaya son səfəri zamanı da bir neçə vacib infrastruktur layihəsinin açılışı baş tutub və dövlət başçımız həmin açılışlarda şəxsən iştirak edib. Aydın məsələdir ki, Naxçıvanın iqtisadi inkişafı ilə yanaşı hərbi qüdrətinin artması da son dərəcə vacib məsələdir ki, bu sahə də hər zaman ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Neftçala rayon təşkilatının sədri Asudə Cəfərova deyib.
İlk növbədə müsahibimiz Prezident İlham Əliyevin may ayının 10-da Naxçıvan Muxtar Respublikasına etdiyi növbəti səfərinin böyük siyasi və mənəvi önəm daşıdığını xüsusi olaraq vurğulayıb. Asudə Cəfərova qeyd edib ki, Ölkə Prezidentinin şəxsən açılışında iştirak etdiyi hərbi, sosial və iqtisadi obyektlərin vüsətli tikintisi Muxtar Respublikanın dinamik inkişafının bir təzahürüdür: “Bu gün Naxçıvan sürətlə inkişaf edir. Dinamik inkişaf özünü bütün istiqamətlərdə göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev Muxtar Respublikaya səfəri zamanı daha bir neçə infrastruktur layihəsinin açılışında iştirak edib. Qeyd edək ki, dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Həm də bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Bu diqqət və qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekord göstəricilərə sahib olub. Bu gün Naxçıvan artıq özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmli bir məsələdir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Hazırda Muxtar Respublikanın bütün şəhərləri artıq magistral yollarla bir-birinə bağlanıb. İçməli su layihələri bütün şəhərləri əhatə edir. Tezliklə bu məsələ də tamamilə öz həllini tapacaq. Həmçinin bu gün Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Naxçıvanın çox böyük turizm potensialı var və burada görülən işlər deməyə əsas verir ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq. Dövlət başçımızın dediyi kimi, Muxtar Respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.”
Həmçinin öz müsahibəsində Asudə Cəfərova bəzi xarici ölkələrin hökumət orqanları tərəfindən məsuliyyətsiz bəyanatlar səsləndirilməsi faktına münasibət bildirərək bu halı Cənubi Qafqazda regional sülhə təhdid kimi qiymətləndirib. Təşkilat sədri bunu da deyib ki, Ermənistanı revanişzmə sövq edən qüvvələr əslində bu ölkəni çıxılmaz bir bataqlığa doğru yönləndirirlər: “İlk növbədə qeyd etmək lazımdır ki, Fransa hökumətinin ümumiyyətlə Azərbaycanı nədəsə ittiham etməyə nə mənəvi haqqı, nə də hüquqi əsası yoxdur. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu məsələyə toxunaraq son dərəcə dəqiq vurğuladı ki, Hərbi Qənimətlər Parkı xüsusunda Azərbaycana qarşı çirkin kampaniyaya dərhal son qoyulmalıdır. Bu kampaniyanı aparan ölkələrdən biri olan Fransa isə yaxşı olardı ki, Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələrini hansı məqsədlə bu gün də öz muzeylərində nümayiş etdirdiyi ilə bağlı açıqlama versin. O cümlədən Kanada hökuməti də əslində Ermənistanı daha böyük fəlakətlərə sürükləyə biləcək addımlar atmağa sövq etməklə Cənubi Qafqazda regional sülhü təhdid etmiş olur. Bütün bunlara yol verməmək üçün hər hansı əsassız, məsuliyyətsiz bəyanatlar verməkdən çəkinmək lazımdır. Artıq hamı birmənalı olaraq qəbul etməlidir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Prezident İlham Əliyevin rəhbərliyi altında həm döyüş meydanında, həm də diplomatik müstəvidə həll edib. 2020-ci il noyabr ayının 10-da düşmən faktiki olaraq kapitulyasiya aktına imza atdı. Bu gün artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Mövcud olmayan bir ərazinin, qurumun statusu haqda hansısa diskussiya açmaq istəyənlər də ermənilərə belə bir şansı artıq öz ölkələrinin ərazilərində verə bilərlər.”
Sonda Asudə Cəfərova bu gün ölkəmizdə bütün istiqamətlərdə əldə olunan uğur və nailiyyətlərin bilavasitə dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq bunları deyib: “Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda bütün istiqamətlərdə əldə olunan uğur və nailiyyətlərin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir ki, Ümummilli Liderimiz sadəcə Azərbaycan hüdudları çərçivəsində deyil, dünya miqyasında tanınmış, böyük hörmət və nüfuz qazanmış, müstəsna xidmətləri olmuş dahi bir şəxsiyyətdir. Məhz Ulu Öndərimizin rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya çevrilib. Məhz Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Üç tərəfdən Ermənistanla əhatə olunmuş vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. 1993-cü ildə isə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının iradəsi və təkidi ilə müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. Ulu Öndər mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycan öz müstəqilliyini və varlığını itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın bugünkü möhtəşəm tarixi Qələbəsinin təməli də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025