Prezident cənab İlham Əliyevin Naxçıvan səfəri bir sıra mühüm məqamlarla, dünyaya verilən əlamətdar mesajlarla yadda qaldı.
Tarix: 19-05-2021 | Saat: 12:36
Bölmə:Gündəm | çapa göndər
![Prezident cənab İlham Əliyevin Naxçıvan səfəri bir sıra mühüm məqamlarla, dünyaya verilən əlamətdar mesajlarla yadda qaldı.](/uploads/posts/2021-05/1621413315_q-2.jpg)
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu səfər bir sıra mühüm məqamlarla, dünyaya verilən əlamətdar mesajlarla yadda qaldı. Naxçıvan səfərinin ulu öndər Heydər Əliyevin doğum günündə reallaşması təsadüfi deyildi.
Prezident cənab İlham Əliyevin vurğuladığı kimi: “ Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”.
Otuz il bundan əvvəl Ulu Öndərin gərgin əməyi, zəkası, siyasi bacarığı nəticəsində Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə imkan verilmədi. Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bu məsələ ilə bağlı qeyd edib ki, “Bax, burada - Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Çünki mənfur düşmənin niyyətləri də, məhz siyasəti də o idi ki, Naxçıvanı da işğal etsinlər.Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir”. Ümumiyyətlə, Ulu Öndərin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, dünya miqyaslı təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü oldu. Bu gün Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub, bölgədə infrastruktur layihələr genişlənir, turizmin inkişafı stimullaşdırılır, iqtisadi inkişaf templəri artır. Naxçıvan Muxtar Respublikası son 20 ildə iqtisadi artımın templərinə görə rekordsmen bölgə oldu, burada ümumi daxili məhsulda 10 dəfədən çox artım qeydə alındı".
Naxçıvan səfəri çərçivəsində Prezident Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etdi. Dövlətimizin başçısı, eləcə də “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışlarına qatıldı. Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi, dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi. Naxçıvanın müdafiə potensialının möhkəmlənməsi hər zaman prioritet istiqamətlərdən olub. Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılıb və ordu ən müasir silah və texnika ilə təchiz edilib. Cənab İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur.Hərbi aerodromun istifadəyə verilməsi Naxçıvanın təhlükəsizliyi üçün xüsusilə əhəmiyyətə malikdir. Prezident İlham Əliyev hərbi aerodromun açılmasının Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutduğunu bildirdi. Naxçıvanda hərbi aerodromun istifadəyə verilməsi həm muxtar respublikanın təhlükəsizliyi baxımından önəmlidir, həm də Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıqdır. Ermənistanda seçkilər ərəfəsində “siyasətçilərin” “Şuşanın geri qaytaracaqları” ilə bağlı sərsəm bəyanatlarına, revanşist meyillərlə bağlı mesajlar verilməsinə münasibət bildirən dövlətimizin başçısı dedi: “Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik.Dağlıq Qarabağ münaqişəsi həll edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi mövcud deyil. Ermənistan kapitulyasiya aktını imzalayıb. Biz tezliklə tarixi ərazimiz olan və həmçinin strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsini də reallaşdıracağıq. Bu bizim haqqımızdır. Zəngəzur vasitəsi ilə Naxçıvanla olan blokada aradan qaldırılacaq. Bütün türk dünyası bu dəhliz vasitəsi ilə birləşəcəkdir. Bu bizim tarixi naliyyətimizdir. Biz öz torpaqlarımıza qayıdırıq. Bir sıra dövlətlər Azərbaycanın daxili işləri ilə bağlı yolverilməz və əsassız bəyanatlar versə də bunlar qəbul edilməzdir. Biz öz missiyamızı yerinə yetiririk”.
Sahib Şükürov,
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025