Mobil versiya
Bəhram Yaqubov: “Xarıbülbül” festivalı əsl ümumxalq birliyinin nümayişi oldu”
Tarix: 18-05-2021 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bəhram Yaqubov: “Xarıbülbül” festivalı əsl ümumxalq birliyinin nümayişi oldu”

“Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalı qalib Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərini qorumağı da, onları yaşatmağı və inkişaf etdirməyi də yaxşı bacardığını bütün dünyaya bir daha nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin mədəniyyətimizin beşiyi olan Şuşadan dünyaya səsləndirdiyi mesajlar isə əsl tolerantlıq və multikulturalizmin, millətlərarası həmrəyliyin və ümumxalq birliyinin nə demək olduğunu hər kəsə göstərdi.” Bu sözləri saytımıza verdiyi açıqlamada Viləşçay Su Anbarı İstismar İdarəsinin mühəndisi, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının üzvü Bəhram Yaqubov deyib.

Müsahibimiz qeyd edib ki, “Xarıbülbül” festivalı Azərbaycanda tolerantlığın ən yüksək səviyyədə olmasının növbəti dəfə dünyaya möhtəşəm nümayişi oldu. Bəhram Yaqubovun sözlərinə görə, festivalın gedişində Azərbaycanda yaşayan müxtəlif millətlərin musiqisinin təqdim olunması da ölkəmizdə multikultiralizmin əsl təntənəsi oldu: “Məlum olduğu kimi, Ermənistanın bütün təbliğat qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini və etnik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Lakin 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün millət və xalqların, etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək bir düşmənə qarşı çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da son dərəcə düzgün siyasət olmasını sübut etdi. Möhtərəm dövlət başçımız “Xarıbülbül” festivalının gedişində bir daha bütün dünyaya Şuşadan, qədim torpağımızdan önəmli mesaj verdi: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.” Bəli, bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı Şuşaya qayıdıb və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.”

Həmçinin Bəhram Yaqubov bildirib ki, qədim mədəniyyət beşiyi olan Şuşanın 29 ildən sonra yenidən öz doğma insanlarını və əziz qonaqlarını qarşılaması əsl ümumxalq bayramı oldu: “Həqiqətən də 12 may tarixi artıq ölkəmiz üçün əlamətdar bir gün oldu. Uzun fasilədən sonra Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirildi. Bu hadisəni əlamətdar edən daha bir önəmli məqam da budur ki, işğaldan sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı Vətən müharibəsində bizə Qələbəni öz canları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Ali Baş Komandanımızın da dediyi kimi, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Məhz xalqımızın birliyi və həmrəyliyi sayəsində Azərbaycan bu möhtəşəm Qələbəni qazandı. Şuşanın azad edilməsindən dərhal sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” musiqi festivalı bərpa ediləcək və belə də oldu. Artıq bundan sonra bu möhtəşəm musiqi bayramı Şuşada hər il keçiriləcək. “Xarıbülbül” festivalının diqqətəlayiq cəhətlərindən biri də budur ki, bu festival Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrini əhatə edir, musiqi mədəniyyətlərinin nümunələrini özündə əks etdirir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Öz çıxışında dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların öz payı vardır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq ölkəmizdə bütün xalqlar, millətlər dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, Azərbaycanda mövcud olan milli birlik ən yüksək səviyyədədir və sarsılmazdır.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025