İbrahim Cəfərov: “Bütün məkrli qüvvələrin birgə səyləri Azərbaycan Prezidentinin siyasi iradəsi qarşısında aciz qaldı”
Tarix: 17-05-2021 | Saat: 17:35
Bölmə:Gündəm | çapa göndər
“Azərbaycanın möhtəşəm Zəfər yürüşü davam edir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ilk öncə döyüş meydanında əldə olunmuş tarixi Qələbəmiz daha sonra siyasi müstəvidə təsdiqləndi. Dünyanın ermənilərə havadarlıq edən bütün məkrli qüvvələrinin birgə səyləri, fitnə-fəsadları, təxribat xarakterli gedişləri Azərbaycan Prezidentinin siyasi iradəsi və fundamental bilgiləri qarşısında aciz qaldı. Bu gün isə ölkəmiz öz Zəfər yürüşünü artıq mənəvi-mədəni sahədə davam etdirir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov deyib.
12-13 may tarixində Şuşada keçirilmiş “Xarıbülbül” festivalını Azərbaycanın qələbələrinin mədəniyyət sahəsində davamı olduğunu vurğulayan müsahibimiz bildirib ki, bu möhtəşəm musiqi bayramı sözün əsl mənasında ölkəmizdə mövcud olan multikulturalizm mühitinin növbəti təntənəsidir: “Əslində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə də, Şuşada keçirilən möhtəşəm festival da biri digərini şərtləndirən hadisələrdir. Əlbəttə ki, Zəfər əldə olunmadan, torpaqlarımız işğaldan azad edilmədən Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalını keçirmək mümkün olmazdı. Digər tərəfdən isə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəni təmin edən əsas amillərdən biri də məhz ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalzim mühiti və bu əsasda formalaşmış möhtəşəm ümumxalq birliyi və həmrəyliyi olmuşdur. Eyni zamanda da “Xarıbülbül” festivalının bir ictimai-mədəni hadisə kimi özündə ehtiva etdiyi mənəvi dəyərlərin içərisində məhz elə tolerantlıq və multikulturalzim əsas yer tuturlar. Təsadüfi deyil ki, festival Azərbaycanda yaşayan digər xalqların da nümayəndələrini əhatə etmiş oldu və tədbirin gedişində möhtərəm dövlət başçımızın tövsiyyəsinə uyğun olaraq ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri çıxış etdilər. Həqiqətən də Vətən müharibəsində əldə olunmuş Qələbədə Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Bu müharibə bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar və lazım gəldikdə istənilən bir düşmənə qarşı çiyin-çiyinə birgə mübarizəyə də qalxırlar. Birmənalı olaraq vurğulamaq lazımdır ki, Qələbəmizi təmin edən vacib amillərdən biri kimi bu gün ölkəmizdə mövcud olan ümumxalq birliyi və həmrəyliyidir də Azərbaycanda məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik daxili siyasətin nəticəsi kimi formalaşmışdır.”
Daha sonra professor İbrahim Cəfərov qeyd edib ki, festivalın gedişində Şuşadan bütün dünyaya ötürülən mesajlar da Azərbaycana qarşı hələ də hansısa təzyiqlər göstərməyə çalışan qüvvələrin təxribatlarına ən tutarlı cavab oldu: “Təəssüflər olsun ki, bu gün dünyada tez-tez demokratiyadan, insan haqlarından dəm vuran, əməllərində isə ikili standartlardan əl çəkə bilməyən bəzi dövlətlər hələ də Ermənistanın haqsız mövqeylərinə dəstək olmaq, bu faşist rejiminin vəhşiliklərinə haqq qazandırmaq cəhdlərini səngitmək istəmirlər. Hətta bu səbəbdən ölkəmizə qarşı əsassız, cəfəng iddialar irəli sürənlər də var. Məhz buna görə də Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda xalqlar arasında yaşanan birlik və həmrəyliyi qısqanan bütün qüvvələrə səslənərək onlara Şuşadan, qədim və müqəddəs torpağımızdan öz növbəti mesajını verdi: “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.” Həqiqətən də bu mesaj çox böyük siyasi önəm daşıyır və artıq ölkəmizə qarşı ittihamçı mövqeylərdən çıxış etməyə heç bir dövlətin haqqı olmadığını açıq-aydın bəyan edir.”
Həmçinin müsahibimiz “Xarıbülbül” musiqi festivalının məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsini, Şuşada Yuxarı Gövhərağa məscidinin təmir olunmasını və orada bayram namazının qılınmasını xüsusi olaraq qeyd edib. Bununla bağlı professor İbrahim Cəfərov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu layihə və tədbirlər xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasına göstərilən yüksək diqqət və qayğının təzahürləridir: “Ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi heç də təsadüfi deyil. Bu onu göstərir ki, biz öz dini, milli, mənəvi köklərimizə son dərəcə bağlı olan bir xalqıq. Məhz elə bu bağlılıq da bizim üçün torpaqlarımızı işğaldan azad etəmkdə ən böyük stimul rolunu oynadı. 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tarixi Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. Erməni qəsbkarları 30 ildə bu ərazilərdə bir daşı daş üstünə belə qoymadılar. Çünki işğalçılar gec-tez bu yerlərdən getməli olacaqlarını yaxşı bilirdilər. Buna görə də bütün bu illər ərzində onların işğal etdikləri ərazilərdəki bütün fəaliyyətləri yalnız talançılıq və soyğunçuluqdan ibarət olub. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsl yaradıcı xalqın öz torpaqlarında necə davranmalı olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Hələ beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada dövlət başçımızın göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa olundu. O vaxt məscidin açılışında möhtərəm Prezidentimiz demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Belə də oldu. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün Şuşaya su gəldi. Bütün bunlar milli-mənəvi dəyərlərimizin bərpası və qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir və bir daha bütün dünyaya bəyan edir ki, Şuşanın, Qarabağın əsl sahibləri artıq öz doğma torpaqlarına əbədi olaraq qayıdıblar.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025