Mobil versiya
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
Tarix: 16-05-2021 | Saat: 16:29
Bölmə:Gündəm | çapa göndər

Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub.

Qazax rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 06-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025