Mobil versiya
Qazaxda "Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir" mövzusunda videokonfrans keçirilib - FOTOLAR
Tarix: 08-05-2021 | Saat: 15:35
Bölmə:Gündəm | çapa göndər

Qazaxda "Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir" mövzusunda videokonfrans keçirilib


Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir" mövzusunda videokonfrans keçirilib.

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə "Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir" mövzusunda videokonfrans keçirilib.

Videokonfransı YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri əvəzsizdir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız bütün sahələrdə inkişaf etmişdir. Ulu Öndərin hakimiyyətə gəlişi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan hər sahədə sürətlə inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və atılan inamlı addımlar nəticəsində Azərbaycan keçmiş SSRİ-nin aqrar respublikasından sənaye-aqrar respublikasına çevrildi, yeni sənaye müəssisələri yaradıldı. Nəticədə Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön sıralara çıxdı.

Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Yenicə müstəqillik qazanmış respublikamızda köklü islahatlar aparıldı, mühüm qanunlar qəbul olundu. Ölkəmiz Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində inkişaf yolunda inamla addımlamağa başladı.

Ümummilli Liderimizin axıra çatdıra bilmədiyi işləri möhtərəm prezidentimiz cənab İlham Əliyev uğurla həyata keçirir. Ata vəsiyyətinə əməl edir. 2003-cü ildə Prezident seçildikdən sonra cənab İlham Əliyev xalqın böyük inam və etimadını qazanmışdır. Onun uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyada böyük nüfuz sahibidir, Azərbaycan heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir. Dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz etibarlı şəkildə qorunur. Azərbaycan bütün sahələrdə, o cümlədən dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm uğurlar qazanır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa – quruculuq işləri davam edir. Xalqımız qəti əmindir ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən biri olacaqdır. Neçə ki, Azərbaycan var Heydər Əliyev ideyaları yaşayacaqdır.

Videokonfransda YAP Qazax rayon təşkilatı sədrinin müavini Məmməd Yusifov, partiya fəallarından Afət Eyyubova, Sahib Namazov, Ramil Qurbanov, Ləman Hüseynova, Səfurə Rəhimova çıxış etdilər. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışlar

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024