AZ RU Mobil versiya
Heydər Əliyev daima qəlblərdə yaşayacaq
Tarix: 07-05-2021 | Saat: 11:31
Bölmə:Gündəm | çapa göndər

Heydər Əliyev daima qəlblərdə yaşayacaq

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümümü ilə bağlı onlayn tədbir kecirilmişdir. Tədbirdə Kollecin rəhbər heyəti ilə yanaşı müəllim və tələbələr də iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov cıxışında Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan, titanik fəaliyyətindən, onun layiqli davamçısı, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin dahi şəxsiyyətin siyasi kursunun həyata keçirilməsi, ölkəmizin daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən bəhs etmişdir.

Kollecin tədris işləri üzrə direktor müavini Sabir Süleymanov cıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, istər Sovetlər birliyi dönəmində, istərsə də müstəqillik əldə etdikdən sonra ölkəmiz üçün misilsiz xidmətlərindən ətraflı danışmışdır.

Kollecin metodisti Sveta Behbudova Ümummuilli Liderin respublikaya rəhbərliyi dövründə ölkəmizin bütün sahələrində böyük inkişafa nail olmasından söhbət açmışdır.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş tələbələr arasında kecirilən rəsm, inşa və şeir müsabiqəsinin qalibləri və digər mükafatcıların adları acıqlanmışdır.

İnşa müsabiqəsinə birinci yerə 118-ci qrupdan Mirzəyeva Diana, ikinci yerə 451-ci qrupdan Nağıyeva Nazirə və 320-ci qrupdan Cənnətov Asif, üçüncü yerə isə 577 qrupdan Ağaşov Nicat və Abbasova Qənirə layiq görülmüşdülər.Rəsm müsabiqəsinə təqdim olunan nominasiyala üzrə birinci yerə 451-ci qrupdan Quliyeva Aytən, ikinci yerə 320-ci qrupdan Nəcəfova Nuranə, üçüncü yerə isə 575 –ci qrupdan Tahirov Elnur, şeir müsabiqəsində birinci yerə 576-cı qrupdan Mirzoyeva Elmira, ikinci yerə 705-ci qrupdan Novruzova Fatimə, üçüncü yerə isə 576 qrupdan Səfərova Aysu və450-ci qrupdan İbrahimova Gülnar layiq görülmüşdülər.

Daha sonra Kollecin tələbələri Əliyeva Samirə və Nağıeva Nazirə Ümummilli Liderin həyat və fəaliyyəti haqqında çıxış etmiş və ona həsr edilmiş şeirlər söyləmişdilrər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

797 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021