YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirildi - FOTOLAR
Tarix: 05-05-2021 | Saat: 12:21
Bölmə:Gündəm | çapa göndər
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşklatında 2021-ci il iş planına uyğun olaraq seçmə qaydada ərazi ilk partiya təşkilat sədrləri ilə görüşlər davam etdirilir. Videoformatda keçirilən tədbirin keçirilməsində məqsəd qabaqcıl ilk partiya təşkilatlarının iş təcrübəsinin digər ərazi ilk partiya təşkilatlarında öyrənilməsi və ilk təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etmək olub.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib.
Müəyyən islahatlar Yeni Azərbaycan Partiyasını da əhatə edib. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış olan bizim partiyamız müxalif partiyasından xalqın lider partiyasına çevrilmiş, öz sıralarında müxtəlif sosial təbəqələri və müxtəlif millətlərdən olan partiya üzvlərini birləşdirərək respublikamızın ictimai-siyasi həyatında sabitləşdirici amil olmuşdur.
Sonra tədbirdə YAP Samux rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri - Gülsəba Abbasova, Vüsal Məmmədov, Maviyyə Hüseynova, Altay Əliyev, Seymur Şükürov və Ramil Aslanov çıxış ediblər.Qeyd olunub ki, ərazi ilk partiya təşkilatlarının fəaliyyətində əsas istiqamətlər ölkəmizin siyasi-sosial mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nəaliyyətləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttini ictimaiyyət arasında geniş şəkildə izahı və təbliğ edilməsi, tədbirlərin hazırlanması və keçirilməsi, partiyanın proqram prinsiplərinin izahı, təbliği və digər cari işlərin yerinə yetirilməsidir.
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatları ilə daim əlaqələr saxlanılır, mütamadi olaraq ilk partiya təkilat sədrləri rayon təşkilatına dəvət olunaraq onlarla işgüzar söhbətlər aparılır və müvafiq tapşırıqlar verilir. Bu görüşdə də onların fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025