AZ RU Mobil versiya
"Məmurlar problemləri həll etmək əvəzinə bəhanələr gətirirlər" - Eldar Əzizov
Tarix: 04-05-2021 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Məmurlar problemləri həll etmək əvəzinə bəhanələr gətirirlər" -

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) keçirilən müşavirədə paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırki vəziyyəti ilə bağlı video konfrans formatında müşavirədə ölkə başçısının Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb.

Unikal.org-un xəbərinə görə, müşavirədə BŞİH başçısı qeyd edib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır.

"Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyildirsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir" - müşavirədə bildirilib.

BŞİH başçısı Eldar Əzizov əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

549 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2021
06-05-2021