Erməni vandalizmi onların faşist mahiyyətindən irəli gəlir
Tarix: 02-05-2021 | Saat: 17:30
Bölmə:Gündəm | çapa göndər
Qarabağ və ətraf rayonlarımızı işğal altında saxladığı illərdə Ermənistanın yaşayış məntəqələrimizi xarabalığa çevirməsi, bütün infrastrukturu dağıtması, məscidlərimizi, qəbiristanlıqlarımızı təhqir etməsi, tarix və mədəniyyət abidələrimizi yer üzündən silməyə cəhd göstərməsi, bir neçə gün bundan əvvəl isə Hindistanın milli və dini lideri Mahatma Qandinin heykəlinin yandırılmaqla hind xalqına, onun liderinə və tarixinə hörmətsizlik nümayiş etdirilməsi təcavüzkarın təkcə Azərbaycana deyil, bütün dünya sivilizasiyasına nifrətindən xəbər verir. Bu, erməni vandalizminin həddi-hüdudunun, miqyasının olmadığını göstərir, işğalçının xislətindən, faşizm mahiyyətindən irəli gəlir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
E.Bağırov bildirib ki, ermənilər tərəfindən bu cür barbar əməllər törədilməklə -azərbaycanlılara aid maddi-mədəni irs yerlə bir edilməklə soydaşlarımızın bu ərazilərdəki tarixiliyinin, mədəni kimliyinin itirilməsi məqsədi güdülüb. Xüsusi əhəmiyyətə malik unikal abidələrə belə vəhşi münasibət dünya mədəni irsinə qarşı yönələn təhdid olmaqla bərabər, həm də azərbaycanlılara yönələn kin-küdurəti, nifrəti ifadə edib. Beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən isə insanlığa qarşı bu cür bəşəri cinayətlər təəssüf ki, susqunluqla qarşılanıb.
Qeyd edib ki, düşmən Qarabağda məzarlıqları demək olar ki, vəhşicəsinə dağıdıb, qəbirüstü abidələri, başdaşıları sındırıb.
Bu qəbiristanlıqlar təkcə ulularımızın uyuduqları məbədgah deyildi, həm də Qarabağ elinin, soy-kökünün tarixi idi. Bu tarix başdaşları və sinədaşlarındakı rəsmlərdə yaşayırdı. Bu tarix, eyni zamanda, babalarımızın mədəniyyətindən, məişətindən, adət-ənənələrindən xəbər verirdi.
“Fikrimin təsdiqi olaraq diqqəti bir fakta yönəltmək istərdim. Ağdam Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman erməni faşistləri şəhərin İmarət qəbiristanlığında Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı görkəmli şairə Xurşidbanu Natəvanın məqbərəsinə qarşı vəhşilik əməlləri törədiblər, onun dəfn edildiyi məzar tamamilə dağıdılıb, sümükləri qəbrindən çıxarılaraq aparılıb. Yeri gəlmişkən, xatırladım ki, Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın Ağdamdakı sarayı da vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən həmin sarayda inək və donuz saxlanılıb. Erməni barbarları, həmçinin İbrahimxəlil xanın türbəsini də məhv ediblər. Ermənilər xislətlərinə uyğun olaraq, Ağdamdakı Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar. Bununla yanaşı, Şahbulaq qalasını erməniləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Cümə məscidində isə mal-qara və donuz saxlamaqla, İslam dinini təhqir ediblər. Ermənilərin maddi-mədəni abidələrimizə düşmən münasibəti, insanlıqla bir araya sığmayan vəhşi əməlləri bununla qurtarmır. Onlar Dağlıq Qarabağ və ətraf rayonlarda 30 il ərzində “erməniləşdirmə” əməliyyatı apardıqları100-dən çox qədim alban dini abidələrini-kilsə və monastırları da həyasızcasına “qədim erməni abidələri” kimi təqdim edirlər. Laçında yerləşən Ağoğlan, Kəlbəcər rayonunda Xudavəng və Gəncəsər, Xocavənddə Amaras, Ağdərədə Müqəddəs Yelisey monastır kompleksləri bunun bariz ifadəsidir”, - deyə o söyləyib.
E.Bağırov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət bundan əvvəl Füzuliyə səfəri çərçivəsində Hünərli kəndindəki Alban məbədi ilə tanış olarkən, buradakı acınacaqlı vəziyyət barədə deyib: “Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır”.
Həqiqətən də Qarabağdakı alban məbədlərinin ermənilərə heç bir aidiyyəti yoxdur. Çünki tarixdən bəllidir ki, 1828-ci ildə Cənubi Qafqazı işğal edən rus imperiyası bu ərazilərdə də kök salıb. Bundan sonra düşmənin bu yerlərə kütləvi köçü başlayıb, 1836-cı ildə isə ermənilərin müraciəti əsasında tarixi cinayət törədilib: Çar hakimiyyəti Alban Katolikosluğunu erməni-qriqorian kilsəsinə birləşdirib. Beləliklə, Qafqazın əsas sahibi olan alban xristian kilsəsi-alban izi erməni kilsəsinə tabe etdirilərək tarixdən silinib.
E.Bağırov açıqlamasının sonunda qeyd edib ki, ermənilərin bütün bu vandal, barbar əməlləri dövlətimizin gücü ilə aradan qaldırılacaq, dağıdılan maddi-mədəni irsimiz yenidən bərpa olunacaq. Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlara səfərləri zamanı etdiyi çıxışlarda səsləndirdiyi fikirlərdə də bu məqam xüsusi yer tutur. Dövlətimizin başçısının vurğuladığı kimi, necə birlik, həmrəylik göstərib torpaqlarımızı azad etdik, həmin birlik sayəsində də bərpa, quruculuq işlərini həyata keçirəcəyik. Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq, torpaqların potensial imkanından istifadə edilməklə regional inkişaf proqramlarının uğurlu icrası daha da sürətlənəcək, Qarabağın yaraları sağaldılacaq, bu ərazilər cənnət məkana çevriləcək.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-02-2025
07-02-2025