Mobil versiya
Küveyt çempionatında qeyri-adi hadisə
Tarix: 27-04-2021 | Saat: 12:12
Bölmə:İdman | çapa göndər

Küveyt çempionatında qeyri-adi hadisə

Küveyt çempionatında qeyri-adi hadisə baş verib.

Premyer Liqanın XII turunda "Al Salmiya" ilə "Al Qudisiya" arasında keçirilən görüş zamanı nadir hallarda yaşanan olay olub.

Zədəlilərin çoxluğu səbəbindən vaxtı xeyli uzanan qarşılaşmanın 101-ci dəqiqəsində hakim "Al Qudisiya"nın lehinə penalti təyin edib. Qərara qəzəblənərək tribunanı tərk edən "Al Salmiya"nın prezidenti Talal Al Fahd Al Sabah komandasını meydandan çıxarmağa çalışıb.

Meydana daxil olan Al Sabahın tapşırığı ilə stadionun işıqları söndürülüb. Onun təzyiqindən sonra VAR-da epizodu izləyən hakim penalti qərarını ləğv edib. Görüş yenidən bərpa olub bir neçə dəqiqədən sonra 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Küveyt çempionatında "Al Qudisiya" 2-ci, "Al Salmiya" isə 6-cı pillədə yer alır.

AIA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024