Mobil versiya
“Elə bilirəm yuxu görürəm, baxıram ki, deyil...”
Tarix: 06-11-2026 | Saat: 20:03
Bölmə:Gündəm / Siyasət | çapa göndər

“Elə bilirəm yuxu görürəm, baxıram ki, deyil...”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

“aia.az”ın məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kişi sakinlərdən biri arasında maraqlı dialoq yaşanıb.

Kişi sakin: Cənab Prezident, mən də söz demək istəyirəm.

Prezident İlham Əliyev: Buyurun.

Kişi sakin: Otuz ildən sonra, yox, otuz üç ildən sonra Sizin bizi buraya qaytarmağınız əslində möcüzədir. Mənim üçün möcüzədir. Mən fikirləşirəm ki, bəlkə yuxu görürəm, inanın səmimiyyətimə. Sonra baxıram ki, yox, yuxu deyil. Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin. Allah Vətənimizi qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Amin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026