Ana Sayfa > İdman > Küveyt çempionatında qeyri-adi hadisə
Küveyt çempionatında qeyri-adi hadisə27-04-2021, 12:12. Yazar: sevinc1 |
Küveyt çempionatında qeyri-adi hadisə baş verib. Premyer Liqanın XII turunda "Al Salmiya" ilə "Al Qudisiya" arasında keçirilən görüş zamanı nadir hallarda yaşanan olay olub. Zədəlilərin çoxluğu səbəbindən vaxtı xeyli uzanan qarşılaşmanın 101-ci dəqiqəsində hakim "Al Qudisiya"nın lehinə penalti təyin edib. Qərara qəzəblənərək tribunanı tərk edən "Al Salmiya"nın prezidenti Talal Al Fahd Al Sabah komandasını meydandan çıxarmağa çalışıb. Meydana daxil olan Al Sabahın tapşırığı ilə stadionun işıqları söndürülüb. Onun təzyiqindən sonra VAR-da epizodu izləyən hakim penalti qərarını ləğv edib. Görüş yenidən bərpa olub bir neçə dəqiqədən sonra 0:0 hesabı ilə başa çatıb. Qeyd edək ki, Küveyt çempionatında "Al Qudisiya" 2-ci, "Al Salmiya" isə 6-cı pillədə yer alır. AIA.Az Geri dön |