Mobil versiya
Şeyx Səidin azərbaycanlı xanımı: “150 gündür övladlarımı görmürəm”
Tarix: 06-11-2026 | Saat: 23:42
Bölmə:Dünya | çapa göndər

Şeyx Səidin azərbaycanlı xanımı: “150 gündür övladlarımı görmürəm”


Dubay əmirinin qardaşı oğlu şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı aylar sonra ortaya çıxıb.

aia.az xəbər verir ki, Zeynəb Cavadlı Fələstin əsilli Birləşmiş Ərəb Əmirliklərinin diplomatı, dövlət naziri və BMT baş katibliyinə namizəd Lana Nüseybəyə müraciət edərək ondan kömək istəyib.

O, müraciətində bunları bildirib:

“Mən son dörd ildir səyahət qadağası altında olduğum Dubaydayam və bu gün, Lana xanım, mən sizdən bir qız, bir qadın və övladlarımın olduğu ölkənin naziri kimi xahiş edirəm. Həqiqətən ümid edirəm ki, mənə kömək edəcəksiniz.

Lana xanım, mənim qızlarım bir gün belə mənim qayğımdan kənarda olmayıblar və bütün həyatları boyu mənimlə yaşayıblar. Lakin təxminən 150 gün əvvəl evimiz gecə yarısı qara geyinmiş, üzləri örtülü, silahlı şəxslər tərəfindən hücuma məruz qaldı. Onlar Dubay Polisi və Dubay Dövlət Təhlükəsizliyi zabitləri idi.

Mən döyüldüm, mənə dərman verdilər. Elə pis döyüldüm ki, tibbi yardıma ehtiyacım oldu. Qızlarım gecə yarısı çarpayılarından çıxarılıb aparıldı. Onlar qışqırır və ağlayırdılar. O vaxtdan bəri onları görməmişəm. Hətta uşaqlarımla bir dəfə də olsun danışmağıma icazə vermirlər. Mən öz övladlarımı oğurlamaqda ittiham olundum.

Düzünü desəm, bundan sonra nə olacağını bilmirəm. Bu videodan sonra başıma nə gələcəyini də bilmirəm. Çünki keçmiş ərim kimi hakim ailənin üzvü olan, bu qədər güclü biri ilə qarşı-qarşıya gələndə kimliyinə görə heç bir hüquqi prosedur, heç bir qanun yoxdur.

Bir həftə əvvəl mən sizə şəxsən yazdım. Siz bu ölkənin hökumətində nazirsiniz və dünyadan sizi Birləşmiş Millətlər Təşkilatının növbəti baş katibi seçməsini xahiş edirsiniz. Mən sizdən üç şey istəyirəm: qızlarımı mənə qaytarın, işimin dinlənilməsinə icazə verin və xahiş edirəm, anamın səyahət qadağasını qaldırın ki, o, atamın yanına gedə bilsin. Çünki atam Azərbaycanda çox xəstədir. Lakin mən heç bir cavab almamışam.

Xahiş edirəm, Lana xanım, dünyaya göstərin ki, əgər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik etsəydiniz, həqiqətən də insan hüquqlarını müdafiə edərdiniz. Bizdən – məndən və övladlarımdan başlayın”.

Xatırladaq ki, bir neçə ay əvvəl Zeynəb Cavadlının anası Solmaz Cavadlı qızının və nəvələrinin taleyindən xəbərsiz olduğunu bildirərək, onların tapılması üçün videomüraciət yaymışdı.Musavat



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026