Şəmkirdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib -Fotolar
Tarix: 06-11-2026 | Saat: 22:20
Bölmə:Siyasət | çapa göndər

Şəmkirdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Pərviz İbrahimov, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, eləcə də təhsil müəssisələrində çalışan qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbirin əvvəlində məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra çıxış edən natiqlər 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və xalq-ordu birliyinin gücündən bəhs ediblər. Qeyd olunub ki, tarixi Zəfər Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalqımızın birliyi sayəsində qazanılıb.
Tədbirin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Qələbəni bir daha yad etmək, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını vurğulamaq, onlara dərin hörmət və ehtiram ifadə etmək olub.
Sonda məktəblilərin ifasında Vətənə, igidliyə və Zəfərə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026