AZ RU Mobil versiya
Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Tarix: 16-04-2021 | Saat: 17:39
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Moldova Parlamentinin Sədri Zinaida Qreçanıy ilə görüşüb.

Milli Məclisdən aia.az-a verilən məlumata görə, parlamentin Sədri moldovalı həmkarını salamlayaraq qeyd edib ki, bu görüş ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir.

O deyib ki, MDB PA çərçivəsində qarşılıqlı fəaliyyətimiz Azərbaycan və Moldovanın qanunvericilik orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir. Qeyd olunub ki, bu gün Azərbaycanın və Moldovanın ali qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları parlamentlərarası əlaqələrimizin inkişafına öz töhfəsini verir.

S.Qafarova bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib və artıq ölkəmiz üçün quruculuq və yenidənqurma dövrü başlayıb. Lakin müharibənin bitməsinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Biz beynəlxalq ictimaiyyəti bununla bağlı Ermənistana təzyiq göstərməyə çağırırıq.

Azərbaycanlı həmkarı ilə görüşdən məmnunluğunu ifadə edən Moldova Parlamentinin sədri Zinaida Qreçanıy ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bunun üçün mövcud imkanların dəyərləndirilməsinin vacibliyindən danışıb.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası münasibətlərin, iqtisadi, ticari əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5133 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2021