Mobil versiya
Türklər ABŞ-dakı səfirlik binası qarşısında keşik çəkməyə başlayıblar - FOTO
Tarix: 19-04-2016 | Saat: 17:09
Bölmə:Gündəm | çapa göndər

Türklər ABŞ-dakı səfirlik binası qarşısında keşik çəkməyə başlayıblar - FOTO





ABŞ-da yaşayan türklər Türkiyənin Vaşinqtondakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar.

Milli.Az report-a istinadən bildirir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-da yaşayan ermənilərin hər il olduğu kimi, bu il də aprelin 24-də qondarma "erməni soyqrımı"nın növbəti ildönümü ilə əlaqədar Türkiyə səfirliyinin binası qarşısında etraz aksiyası keçirəcəyi gözlənilir.

İnformasiyaya əsasən, ermənilərin Türkiyə diplomatik missiyasının binasına zərər verməsinin qarşısını almaq üçün ABŞ-dakı türklər səfirliyin qarşısında gecə-gündüz növbə çəkirlər.

ABŞ-da yaşayan türklər də aprelin 24-də Ağ Evin qarşısına toplaşaraq, ermənilərin əsassız iddialarına qarşı Türkiyənin Vaşinqtondakı səfirliyinin binasının qarşısınadək yürüş keçirəcəklər. Yürüşə ABŞ-ın bir çox yerlərindən minlərlə türkün qatılacağı gözlənilir.

Qeyd edək ki, bu tədbirdə ABŞ-da yaşayan Azərbaycan türkləri də iştirak edirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024