Ana Sayfa > Gündəm > Türklər ABŞ-dakı səfirlik binası qarşısında keşik çəkməyə başlayıblar - FOTO
Türklər ABŞ-dakı səfirlik binası qarşısında keşik çəkməyə başlayıblar - FOTO19-04-2016, 17:09. Yazar: admin |
ABŞ-da yaşayan türklər Türkiyənin Vaşinqtondakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar. Milli.Az report-a istinadən bildirir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ-da yaşayan ermənilərin hər il olduğu kimi, bu il də aprelin 24-də qondarma "erməni soyqrımı"nın növbəti ildönümü ilə əlaqədar Türkiyə səfirliyinin binası qarşısında etraz aksiyası keçirəcəyi gözlənilir. İnformasiyaya əsasən, ermənilərin Türkiyə diplomatik missiyasının binasına zərər verməsinin qarşısını almaq üçün ABŞ-dakı türklər səfirliyin qarşısında gecə-gündüz növbə çəkirlər. ABŞ-da yaşayan türklər də aprelin 24-də Ağ Evin qarşısına toplaşaraq, ermənilərin əsassız iddialarına qarşı Türkiyənin Vaşinqtondakı səfirliyinin binasının qarşısınadək yürüş keçirəcəklər. Yürüşə ABŞ-ın bir çox yerlərindən minlərlə türkün qatılacağı gözlənilir. Qeyd edək ki, bu tədbirdə ABŞ-da yaşayan Azərbaycan türkləri də iştirak edirlər. Geri dön |