Mobil versiya
Göyçay xəstəxanası - Bura səhiyyə idarəsidir, yoxsa antisanitariya ocağı? -Fotolar
Tarix: 14-07-2015 | Saat: 12:55
Bölmə:Səhiyyə / Aia TV / Karusel | çapa göndər

Göyçay xəstəxanası - Bura səhiyyə idarəsidir, yoxsa antisanitariya ocağı? -Fotolar


Göyçay rayon Mərkəzi Xəstəxanası səhiyyyə xidməti göstərmir, burada sadəcə büdcə pullarını yuyurlar

Baş həkim Famil Zeynalov Göyçayın səhiyyə sistemini korrupsiya yuvasına çevirib.

Ölkə rayonlarında baş verən sosial problemlərlə bağlı mətbuatda daim silsilə yazılar dərc olunur və demək olar ki, əhalinin ən yaralı yerlərindən biri də dövlətin vətəndaşlara sosial xidmət göstərən qurumlarıdır. Dövlətin sosial xidmət qurumları arasında isə ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri də səhiyyə sistemidir. Qeyd edək ki, dövlət tərəfindən səhiyyə sisteminə hər il yüz milyonlarla manat vəsaitlər ayrılmasına baxmayaraq bu sahədə səhiyyə xidməti sahəsində inkişaf hiss olunmur və ölkənin səhiyyə sistemində ciddi problemlər hələ də qalmaqda davam edir. Ən böyük problemlərdən biri vətəndaşların müalicəsi dövlət hesabına olmasına baxmayaraq, bütün dövlət xəstəxanalarının qeyri-rəsmi pullu çalışmasıdır. İkinci ən böyük problem isə dövlətin xəstəxanalara ayırdığı dərmanların və tibb ləvazimatlarının xəstəxanalarda tapılmamasıdır. Yəni faktiki olaraq vətəndaşlar dövlətin onlara ayırdığı sosil qayğıdan məhrum olurlar və bunu məhz səhiyyə sistemində çalışan məmurlar edirlər.

Son illər həkim məsuliyyətsizliyindən xəstəxanalarda ölüm hallarının çoxalması da, ona dəlalət edir ki, səhiyyə sistemində ciddi şəkildə nəzarətsizlik hökm sürür. Həmçinin dövlət tərəfindən ayrılan milyonlarla vəsaitin şəffaf xərclənməməsi, qiymətlərdə xərclərin şişirdilməsi səhiyyə sistemində böyük korrupsiya hallarından xəbər verir. Belə rayonlardan biridə Göyçay rayonudur. Əhalisi 115.000-dən artıq olan Göyçay rayonun səhiyyəsinnin bugünkü vəziyyəti çox acınacaqlı vəziyyətdədir. Belə ki, 2012-ci ilin avqust ayının əvvəlindən təmirə dayanan Göyçay Rayon Mərkəzi Xəstəxanası və xəstəxananın nəzdindəki Konsultativ Poliklinika Şöbəsi 2015-ci ilin ikinci rübü başa çatsa da, üç ilə yaxın bir müddətdir ki, hələ də təmir olunub əhalinin istifadəsinə verilməyib. Xəstəxananın və Poliklinika şöbəsinin təmirinin bu qədər müddətə uzanması həm rayon əhalisinin normal tibbi müalicə almasına, həm də tibb işçilərinin işinə ciddi əngəllər törədir.

Rayon sakinlərinin sosial şəbəkədə yayımladıqları məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Səhiyyə nazirinin xüsusi əmri ilə təmirə dayanan rayon xəstəxanası 08 avqust 2012-ci il tarixdə bir günün içində bütün tibbi avadanlıqları xəstəxanada müalicə alan xəstələri ilə birlikdə tələm-tələsik, təxminən 1930-cu illərdə tikilib istifadəyə verilmiş, heç bir normal şəraiti olmayan, antisanitariyanın baş alıb getdiyi, sanitar qovşağı bərbad vəziyyətdə olan uşaq xəstəxanasının binasına, Poliklinika şöbəsi isə ondan da bərbad vəziyyətdə olan Dəri-Zöhrəvi Dispanserinə köçürülüb.

AzMedia.info-ya Göyçaydan daxil olan məlumatda isə bildirilir ki, keçən üç il müddətində rayonun 200-ə yaxın həkim kontingenti, 500-dən artıq orta ixtisaslı tibb personalı şəraitsizlik və yarımzirzəmi vəziyyətdə olan binada əhaliyə tibbi xidmət göstərmək məcburiyyətində qalıb. Məhz şəraitsizlik, müasir tibbi avadanlıqların yoxluğu, dərman preparatlarının çatışmaması və antisanitariyanın baş alıb getdiyi bu xəstəxanada, (əgər bura xəstəxana demək mümkündürsə), son üç ildə çoxlu sayda insan dünyasını dəyişib.

Məlumatda göstərilir ki, köhnə və təmirsiz binada müvəqqəti məskunlaşmış rayon Mərkəzi Xəstəxanasında vəziyyət o qədər acınacaqlıdır ki, on nəfər cərrah-həkim təxminən 10 kv. metr darısqal otaqda xəstələrə tibbi xidmət göstərmək məcburiyyətindədirlər. Xəstəxanada eyni vaxtda iki nəfərin əməliyyat olunması mümkünsüzdür. Əməliyyatdan sonra xəstələrin palatada yerləşdirilməsində də, ciddi problemlər var. Əməliyyat olunan xəstələr digər xəstəlikdən müalicə alan xəstələrlə bir palataya yerləşdirilir ki, bu da onların müalicəsində problemlər yaradır.

Qeyd olunur ki, bir palataya müxtəlif xəstliklərdən müalicə alan on nəfərə qədər xəstənin yerləşdirilməsi xəstəxanada tibbi xidmətin aşağı vəziyyətdə olmasından xəbər verir. Rayon xəstəxanasındakı şəraitsizlik və antisanitariya o həddə çatıb ki, palataya yerləşdirilən xəstələr yorğan-döşək və digər zəruri ləvazimatları özləri ilə gətirmək məcburiyyətində qalırlar. Xəstəxanada cəmi bir sanitar qovşağı var ki, o da təmirsiz, bərbad vəziyyətdədir. Xəstəxananın Polikilinka şöbəsində əhaliyə göstərilən tibbi xidmət daha acınacaqlı vəziyyətdədir. Belə ki, təkcə xəstəxananın Polikilinka şöbəsində 50-dən artıq həkim, 200-ə qədər orta ixtisaslı tibb işçisi tam şəraitsiz və təmirsiz bir binada əhaliyə tibbi xidmət göstərir. 3, 4, hətta 5 həkim darısqal, təxminən 10-12 kv.metr təmirsiz, şəraitsiz otaqlarda işləmək məcburiyyətində qalıb. Rayon xəstəxanasında və Polikilinka şöbəsindəki şəraitsizlik və antisanitariya üç ildir ki, rayon əhalisinin yerli səhiyyəyə olan inamını heçə endirmiş, əksər rayon sakini normal tibbi müalicə almaq üçün ya başqa rayonlara üz tutur, ya da ki, xarici ölkədə (əsasən İranda) müalicə almağa gedir.

Nə qədər təəccüblü olsa da rayonda fəaliyyət göstərən özəl "Bioloji Klinika"dakı vəziyyət qat-qat dövlət xəstəxanasından həm səlqə-sahmanı, həm də keyfiyyətli tibbi xidməti ilə seçilir. Təəssüf ki, qiymət baha olduğundan heç də hamı klinikada tibbi müalicə ala bilmir. Rayonda minlərlə vərəm xəstəliyindən əziyyət çəkən xəstənin olmasına baxmayaraq, bu təhlükəli xəstəliyin müalicəsi üçün heç bir şərait yoxdur.

Qeyd edək ki, Göyçay rayon Mərkəzi Xəstəxanasına külli miqdarda vəsait ayrılsa da, bu vəsaitin böyük hissəsi mənimsənilib. Bu barədə növbəti yazımızda..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024