AZ RU Mobil versiya
Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının İdarə Heyətinin növbəti videokonfrans formatında iclası keçirilib - FOTOLAR
Tarix: 22-02-2021 | Saat: 16:58
Bölmə:Ölkə | çapa göndər

Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının İdarə Heyətinin növbəti videokonfrans formatında iclası keçirilib

İclasda YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev və YAP Göygöl rayon təşkilatı ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

İclasda çıxış edənlər,ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsində yeni mərhələ olduğunu qeyd etdilər. Vurğulandı ki, gənclərimizə gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlər bəsləyirik. Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini bir daha təsdiq etdi. Bu gün demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadırlar.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərə etimad göstərilməsi, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsindən xəbər verir.Adətən cəmiyyətə yenilik onun ən dinamik, çevik, enerjili və novator təbəqəsi olan gənclər tərəfindən gətirilir. Məhz bunu üçün gənclərimiz yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" fikri öz aktuallığını qoruyub saxlayır.Dövlətimiz gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün lazımi şərait yaratmışdır . Sonda qeyd olundu ki , Azərbaycan dövlətinin gənclər siyasəti onun inkişafı üçün normativ-hüquqi bazanın yaradılması, idman, təhsil, elm, səhiyyə, siyasət, mədəniyyət, incəsənət, ictimai həyat və s. sahələr daxil olmaqla gənclərin maraqlarının stimullaşdırılması, əldə edilən nailiyyətlərin təbliği, hərbi vətənpərvərlik və vətəndaşlıq ruhunun inkişafına kömək edir. Dövlət tərəfindən Azərbaycan gənclərinin inkişafı və özünü təsdiqə yönəlmiş mühüm işlər həyata keçirilmiş və keçirilir. Hər bir azərbaycanlı gəncin borcu isə onun inkişafı üçün yaradılan imkanlardan maksimum istifadə edərək öz xalqına, dövlətinə, vətəninə yararlı olmaq məqsədilə öz üzərində İşləməlidir.













Məlumatlanmaq üçün Facebook səhifəmizi

5588 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2021
23-02-2021