Mobil versiya
Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının üzvləri şəhid ailələrini mütəmadi şəkildə ziyarət edirlər - FOTOLAR
Tarix: 11-02-2021 | Saat: 12:36
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının üzvləri şəhid ailələrini mütəmadi şəkildə ziyarət edirlər


Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının üzvləri 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailələrini mütəmadi şəkildə ziyarət edirlər. Növbəti görüş Bakı şəhəri və Abşeron rayonu ərazisində məskunlaşmış Cəbrayıllı şəhid ailələrində baş tutub.

Partiya rayon təşkilatının İdarə heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və rayon Partiya təşkilatının sədri Arif Fərzəliyevvə partiya fəalları Vətən müharibəsi şəhidlərin ailələrini ziyarət ediblər. YAP Cəbrayıl rayon təşkilatının nümayəndələri görüşlər zamanı şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıblar.

Vurğulanıb ki, Vətən uğrunda canından keçən igid əsgər və zabitlərimiz yaddaşlarda əbədi yaşayacaq. Ziyarət zamanı şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024