Putin İlham Əliyevlə danışıqlardan söz açdı – Azərbaycanla bağlı mühüm açıqlama
Tarix: 28-10-2026 | Saat: 19:42
Bölmə:Özəl | çapa göndər

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərə və Prezident İlham Əliyevlə aparılan müzakirələrə dair diqqətçəkən açıqlamalar verib.
Oktyabrın 27-də Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun VIII sammitində çıxış edən Putin Azərbaycanı Rusiyanın etibarlı və sabit tərəfdaşı adlandırıb.
Rusiya lideri bildirib ki, hazırda Prezident İlham Əliyevlə fəal dialoq aparılır və bu müzakirələrdə energetika, xüsusilə təbii qaz sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur.
“Azərbaycan bizim sabit, yaxşı tərəfdaşımızdır. Biz hazırda Azərbaycan Prezidenti İlham Əliyevlə fəal dialoq aparırıq. Burada yaxşı perspektivlər görürük və birgə işə hazırıq”, – deyə Putin vurğulayıb.
Rusiya Prezidenti Türkiyəyə qaz tədarükü məsələsinə də toxunaraq ölkəsinin bu istiqamətdə illik 30 milyard kubmetrə qədər qaz ixrac etdiyini bildirib. O, Azərbaycanın da Türkiyəyə qaz tədarük etdiyini xatırladaraq iki ölkənin bir-birinə rəqib kimi yanaşmadığını qeyd edib.
“Biz özümüzü rəqib hesab etmirik. Əksinə, əməkdaşlığa hazırıq”, – deyə Putin əlavə edib.
Sammitdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib. Nazir Prezident İlham Əliyevin salamlarını iştirakçılara çatdırıb və Azərbaycanın hazırda 16 ölkəyə təbii qaz tədarük etdiyini bildirib.
Pərviz Şahbazov Azərbaycanın beynəlxalq enerji əməkdaşlığını genişləndirməyə və etibarlı qaz təchizatının təmin olunmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-10-2026