Ermənistan parlamenti ratifkasiya etdi – Növbəti addım nə olacaq?
Tarix: 28-10-2026 | Saat: 23:24
Bölmə:Dünya | çapa göndər

Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında” çərçivə sazişini ratifikasiya edib. Sənədin 63 nəfər lehinə, 32 nəfər isə əleyhinə səs verib, bitərəf qalan olmayıb.
TRIPP layihəsi üzrə Ermənistanın bundan sonrakı mərhələdə atacağı addımlar nədən ibarət olmalıdır?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Ermənistan üçün TRIPP üzrə əsas mərhələ indi başlayır: “Ermənistan parlamentinin TRIPP layihəsi üzrə ABŞ ilə çərçivə sazişini 63 lehinə, 32 əleyhinə səslə ratifikasiya etməsi təşəbbüsün siyasi razılaşma mərhələsindən praktiki icra mərhələsinə keçidi baxımından əhəmiyyətlidir. İndi əsas məsələ sənədin təsdiqi ilə kifayətlənməmək, layihənin hüquqi, institusional, texniki və iqtisadi mexanizmlərini formalaşdırmaqdır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlamasına görə, növbəti addımlar sırasında TRIPP İnkişaf Şirkətinin nizamnaməsinin və səhmdarlar sazişinin hazırlanması dayanır. Artıq oktyabrın 22-də layihənin praktiki mərhələsinə keçilməsi ilə bağlı Zəngəzur istiqamətində layihələndirmə işlərinə hazırlıq məqsədilə işçi qrupunun göndərildiyi də bildirilmişdi.
Birinci növbədə, ABŞ ilə birgə şirkətin yaradılması və idarəetmə mexanizmlərinin razılaşdırılması lazımdır. Çərçivə sazişinə əsasən, TRIPP İnkişaf Şirkətində ABŞ tərəfinin 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olması nəzərdə tutulur. İlkin əməkdaşlıq müddəti 49 il müəyyənləşdirilib. Tərəflər gələcəkdə əməkdaşlığı daha 50 il uzatmaq barədə razılığa gəlsələr, Ermənistanın payının 49 faizə yüksəldilməsi nəzərdə tutulur. Deməli, İrəvan üçün qarşıdakı əsas vəzifələrdən biri şirkətin fəaliyyət prinsiplərini, tərəflərin səlahiyyətlərini, investisiya öhdəliklərini və qərarların qəbul edilməsi qaydalarını dəqiqləşdirməkdir. Bu məsələlər aydınlaşdırılmadan layihənin tammiqyaslı icrasına keçmək çətin olacaq”.
Professor qeyd edib ki, ratifikasiya avtomatik olaraq tikintinin dərhal başlanması demək deyil: “Növbəti mərhələdə konkret layihələr, maliyyə mənbələri və icra qrafiki müəyyənləşdirilməlidir.
Ən vacib mərhələ, istiqamət Azərbaycanla sülh prosesinin və regional kommunikasiyaların açılması üzrə razılaşmaların irəlilədilməsidir. TRIPP yalnız Ermənistan və ABŞ arasında ikitərəfli iqtisadi layihə deyil. Onun əsas regional əhəmiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılması, eləcə də daha geniş Transxəzər nəqliyyat marşrutlarının inkişafına töhfə verməsi ilə bağlıdır. Buna görə də Ermənistanın layihənin uğurla həyata keçirilməsində marağı Azərbaycanla münasibətlərin normallaşdırılması, sərhəd məsələlərinin həlli və qarşılıqlı etimadın gücləndirilməsi ilə birbaşa bağlıdır”.
F.Yusifovun sözlərinə görə, parlamentdə 32 deputatın sazişin əleyhinə səs verməsi göstərir ki, təşəbbüsə münasibətdə siyasi konsensus tam deyil: “Hökumətin qarşıdakı vəzifəsi ictimaiyyətə layihənin şərtlərini, iqtisadi faydalarını, maliyyə öhdəliklərini və suverenliklə bağlı hüquqi təminatlarını aydın izah etməkdir. Bu, həm daxili siyasi müzakirələrin sağlam əsasda aparılması, həm də layihənin uzunmüddətli davamlılığı baxımından vacibdir. Ratifikasiya siyasi-hüquqi zəmin yaradır, lakin layihənin real nəticələri bundan sonrakı icra prosesinin sürətindən və keyfiyyətindən asılı olacaq”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-10-2026