Tovuz rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və təhsil sahəsində qarşıda duran hədəflərlə bağlı tədbir keçirilib -Fotolar
Tarix: 28-10-2026 | Saat: 18:44
Bölmə:Özəl | çapa göndər

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Tovuz rayon Təhsil sektorunun müdiri, Fariz Ələkbərov küçəsi ərazi partiya təşkilatının sədri Aysel Quliyeva, eləcə də ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin əsas məqamlarını şərh edərək, müəyyənləşdirilən prioritetlərin ölkənin inkişaf strategiyasında və partiyanın qarşıdakı fəaliyyətində mühüm yer tutduğunu bildirib. O, dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, partiya üzvlərinin məsuliyyətinin artırılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nihad Pənahov təhsil işçilərinin ictimai-siyasi proseslərdə iştirakına da toxunaraq, onların gənclərin maarifləndirilməsi, intellektual potensialının inkişafı və vətənpərvər vətəndaşlar kimi yetişdirilməsi sahəsindəki rolunu qeyd edib. Həmçinin qurultayların ölkənin müasir tarixindəki əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, YAP-ın VII Qurultayı Vətən müharibəsində qazanılmış Zəfərdən bir neçə ay sonra keçirildiyindən “Zəfər Qurultayı” kimi səciyyələndirilir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilən VIII Qurultayın isə tarixi mahiyyətinə görə “Suverenlik Qurultayı” adlandırıldığını vurğulayıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxışında VIII Qurultayın siyasi və ideoloji məzmununu geniş şəkildə təhlil edib. O, müasir informasiya mühitində milli maraqların müdafiəsinin, ideoloji təhlükəsizliyin qorunmasının və dövlətçilik prinsiplərinin təbliğinin aktuallığını vurğulayıb. Təhsil müəssisələrinin üzərinə bu sahədə düşən vəzifələrdən danışan Vüqar Dadaşov şagirdlərdə milli kimliyə bağlılığın və dövlətçilik ənənələrinə hörmətin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. O, YAP-ın VIII Qurultayında cənab Prezidentin təhsil sahəsi ilə bağlı çıxışına toxunaraq bildirib ki, təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Vüqar Dadaşov qeyd edib ki, təhsil müəssisələrində ideoloji işin gücləndirilməsi, şagirdlərin milli-mənəvi dəyərlər və dövlətçilik prinsipləri ruhunda tərbiyə olunması ölkə rəhbərinin diqqətə çatdırdığı risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Tovuz rayon Təhsil sektorunun müdiri Aysel Quliyeva Prezident İlham Əliyevin çıxışında əksini tapan məsələləri ətraflı şərh edib. O, təhsilin inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və ideoloji təhlükəsizliyin təmin olunması məsələlərinə xüsusi diqqət yetirib. Eyni zamanda, ölkənin müdafiə qabiliyyətinin və hərbi potensialının gücləndirilməsinin dövlət təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıb, bu istiqamətdə təhsilin və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin roluna toxunub.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatlarının sədrləri Adil Əsgərov və Elmira Mürşüdlü partiyanın fəaliyyəti dövründə ölkədə həyata keçirilən inkişaf tədbirlərindən və əldə olunan nəticələrdən bəhs ediblər. Onlar gələcəkdə də partiya təşkilatlarının fəaliyyətində fəal iştirak edəcəklərini, xüsusilə ideoloji işin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində səylərini artıracaqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər