Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının üzvləri şəhid ailələrini mütəmadi şəkildə ziyarət edirlər

Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının üzvləri şəhid ailələrini mütəmadi şəkildə ziyarət edirlər


11-02-2021, 12:36. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının üzvləri şəhid ailələrini mütəmadi şəkildə ziyarət edirlər


Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının üzvləri 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailələrini mütəmadi şəkildə ziyarət edirlər. Növbəti görüş Bakı şəhəri və Abşeron rayonu ərazisində məskunlaşmış Cəbrayıllı şəhid ailələrində baş tutub.

Partiya rayon təşkilatının İdarə heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və rayon Partiya təşkilatının sədri Arif Fərzəliyevvə partiya fəalları Vətən müharibəsi şəhidlərin ailələrini ziyarət ediblər. YAP Cəbrayıl rayon təşkilatının nümayəndələri görüşlər zamanı şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıblar.

Vurğulanıb ki, Vətən uğrunda canından keçən igid əsgər və zabitlərimiz yaddaşlarda əbədi yaşayacaq. Ziyarət zamanı şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.

aia.az



Geri dön