Mobil versiya
YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın strateji hədəflərinə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 28-10-2026 | Saat: 17:51
Bölmə:Siyasət | çapa göndər

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın strateji hədəflərinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri Hafiz Zeynalov VIII Qurultayın Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm siyasi hadisə olduğunu vurğulayıb. O, qurultayda müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsi, partiyanın ideoloji əsaslarının möhkəmləndirilməsi və üzvlərin ictimai-siyasi fəallığının artırılması istiqamətində ardıcıl fəaliyyətin vacibliyini qeyd edib.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Prezident İlham Əliyevin qurultaydakı nitqinin əhəmiyyətindən bəhs edərək, qarşıya qoyulan vəzifələrin ölkənin inkişaf strategiyası və partiyanın gələcək fəaliyyəti baxımından mühüm istiqamət müəyyənləşdirdiyini bildirib. O, dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin gücləndirilməsi, partiya üzvlərinin məsuliyyətinin artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu VIII Qurultayın siyasi və ideoloji əhəmiyyətini şərh edərək, müasir informasiya mühitində milli maraqların müdafiəsi, ideoloji təhlükəsizliyin təmin olunması və dövlətçilik mövqeyinin ardıcıl şəkildə təbliğinin vacibliyini vurğulayıb.

Digər çıxışçılar Millət vəkili, YAP Təftiş Komissiyasının üzvü Samir Vəliyev, Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə heyətinin üzvü Elmar Qasımov, SOCAR Aparatının İnzibati işlər departamentinin əməkdaşı Nuru-Sultanova Xavər qurultaydan irəli gələn vəzifələr, partiyanın cəmiyyətdə rolu və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüblər. Çıxışlarda siyasi həmrəyliyin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, informasiya təxribatlarına qarşı mübarizənin gücləndirilməsi və dövlət siyasətinin uğurlarının ictimaiyyətə çatdırılması məsələləri diqqət mərkəzində olub.

Tədbirin davamında Yeni Azərbaycan Partiyasına yeni üzv olan şəxslərə partiya üzvlük vəsiqələri təqdim olunub.
Sonda VIII Qurultaydan irəli gələn tapşırıqların ardıcıl icrasının təmin olunmasının, Ərazi Partiya Təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin və ölkəmizin inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsinin vacibliyi vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-10-2026