Mobil versiya
Professor Eldar Quliyevin qlobal qida təhlükəsizliyindən bəhs edən kitabı türk dilində nəşr olunub
Tarix: 21-01-2021 | Saat: 16:41
Bölmə:Gündəm | çapa göndər

Professor Eldar Quliyevin qlobal qida təhlükəsizliyindən bəhs edən kitabı türk dilində nəşr olunub


Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyevin 2017-ci ildə Almaniyada ingilis dilində dərc olunmuş “Qlobal qida təhlükəsizliyi: həqiqətlər, çağırışlar və perspektivlər” (“Global food security: realities, callings and perspectives”) kitabı ötən il türk dilinə tərcümə edilərək çoxsaylı tirajla yayılıb.

Bu barədə AZƏRTAC-a Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara bölməsinin rəhbəri, professor Hayrettin İvgin məlumat verib.

Qeyd olunur ki, kitab Türkiyə Mədəniyyət Nazirliyi vasitəsilə ölkənin bütün universitetlərinə və kitabxanalarına paylanılıb. Qısa müddətdə türkiyəli oxucuların böyük marağına səbəb olan kitab haqqında bir çox qəzet və jurnallarda elmi məqalələr dərc edilib.

Kitabın dünyada ərzaq təhlükəsizliyində böyük önəmi və Türkiyədə populyarlığı nəzərə alınaraq, professor Eldar Quliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Elmi Şurasının 2020-ci il 23 dekabr tarixli qərarı ilə Beynəlxalq Böyük Qızıl Ulduz medalına layiq görülüb.

Müəllif kitabda qlobal ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məqamlara toxunur, bu sahədəki mövcud problemlərə yeni prizmadan yanaşır.

Professor Hayrettin İvginin sözlərinə görə, COVID-19 pandemiyası ilə bağlı vəziyyət sabitləşdikdən sonra bu yüksək mükafatın İstanbulda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabı 2017-ci ildə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb.

Professor Eldar Quliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü və “Atatürk” beynəlxalq mükafatının laureatıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024