Abşerondakı ağır qəzada xəsarət alanlardan biri öldü
Tarix: 10-09-2020 | Saat: 09:41
Bölmə:Parlament | çapa göndər
Ötən gün Abşeron rayonu Saray qəsəbəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan doqquz nəfərdən üçü evə buraxılıb.
Bu barədə aia.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qəzada xəsarət alanlardan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlardan birinə açıq kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisə hərəkətdə olan 50-DG-539 və 90-EN-982 dövlət nömrə nişanlı iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025