Ana Sayfa > Parlament > Abşerondakı ağır qəzada xəsarət alanlardan biri öldü
Abşerondakı ağır qəzada xəsarət alanlardan biri öldü10-09-2020, 09:41. Yazar: sevinc1 |
Ötən gün Abşeron rayonu Saray qəsəbəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan doqquz nəfərdən üçü evə buraxılıb. Bu barədə aia.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qəzada xəsarət alanlardan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlardan birinə açıq kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, hadisə hərəkətdə olan 50-DG-539 və 90-EN-982 dövlət nömrə nişanlı iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. aia.az Geri dön |