Mobil versiya
İlham Əliyev Monqolustan prezidentini təbrik etdi
Tarix: 10-07-2015 | Saat: 18:59
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


“Əmin-amanlıq və firavanlıq arzulayıram”.

Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın prezidenti Saxiaqiyn Elbeqdorjanı milli bayram münasibətilə təbrik edib.

Aia.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024