Mobil versiya
Sabahın havası: dəyişkən buludlu...
Tarix: 02-08-2020 | Saat: 19:48
Bölmə:Karusel | çapa göndər

Sabahın havası:


3 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AİA.Az-a verilən məlumata görə 3 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

3 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-33, dağlarda gecə 13-16, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 3-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

61 175 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2020