Mobil versiya
Salyan rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilmişdir
Tarix: 03-07-2020 | Saat: 11:46
Bölmə:Gündəm | çapa göndər

Salyan rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilmişdir



3 iyul tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı və Hüquq-Mühafizə orqanlarının məsul əməkdaşları rayon ərazisində xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.

Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur.





AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə