Mobil versiya
Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi - Fotolar
Tarix: 13-06-2020 | Saat: 12:13
Bölmə:Manşet | çapa göndər

Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi



Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib.

AİA.Az-ın verdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda reyd keçirilib.

Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək.







AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024