Ana Sayfa > Manşet > Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi

Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi


13-06-2020, 12:13. Yazar: sevinc1
Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi



Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib.

AİA.Az-ın verdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda reyd keçirilib.

Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək.







AİA.Az
Geri dön