Mobil versiya
Tovuzdakı dəhşətli qəzada ölənlərin adları bilindi - Siyahı
Tarix: 10-07-2015 | Saat: 13:29
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Tovuzdakı dəhşətli qəzada ölənlərin adları bilindi - Siyahı


Ölən ailənin ən kiçik üzvünün 3 yaşı olub

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş verən ağır yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat etdib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.

Bu gün səhərə yaxın Tovuz rayonunda baş verən dəhşətli qəzada ölən və yaralananların adları da məlum olub.

Tovuz rayon mərkəzi xəstəxanasının baş həkiminin köməkçisi Mahirə Quliyevanın ans press-ə verdiyi məlumata görə, qəza zamanı 4 nəfər ölüb. Ölənlər arasında 3 yaşlı körpə də var.
Ölən ailənin üzvləri aşağıdakılardır:

1. 1981-ci il təvəllüdlü Məmmədov Nadir Məhəmməd oğlu.
2. 1988-ci il təvəllüdlü Tanrıverdiyeva Nərmin Zahid qızı (həyat yoldaşı)
3. 2005-ci təvəllüdlü Məmmədov Aslan Nadir oğlu.
4. 2012-ci il təvəllüdlü Məmmədova Əsma Nadir qızı.

Qəza nəticəsində avtobusun 7 sərnişini də yaralanıb. Onlardan altısına Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Yaralılar aşğıdakılardır:
1.Eminov Nurəddin Allahyar oğlu- 1951-ci il
2.Mütəllimova Esmira Nəriman qızı- 1966-cı il
3.Mehdizadə Əli Azər oğlu- 1994-cü il
4.İbrahimov Cavad Əsəd oğlu- 1936- cı i
5.Məmmədrzayeva Gülbadə Əmirxan qızı- 1951- ci il
6.Mehrəliyeva Asya Ələsgər qızı- 1936- cı il

Vəziyyəti ağır olan şəxs Quliyev Elmir Əziz oğlu reanimasiyadadır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət açılıb, araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024