Mobil versiya
Ramiz Mehdiyev Prezident İlham Əliyevə təşəkkür etdi
Tarix: 23-04-2020 | Saat: 16:03
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ramiz Mehdiyev Prezident İlham Əliyevə təşəkkür etdi


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevə minnətdarlıq məktubuünvanlayıb.

Məktubda bildirilir ki, Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığı ardıcıl və məqsədyönlü iş ölkəmizin, xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin edib. Həmçinin, böyük inkişafa nail olmağa tam şərait yaradıb.

"İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması Sizin düşünülmüş siyasətinizin və vaxtında atdığınız addımların real nəticələridir”, - deyə məktubda qeyd olunur.

Daha sonra bildirilir:

"Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir.

Eyni zamanda, koronavirus dövründə Türk Şurasının onlayn fövqəladə iclasını keçirməyiniz, dövlət başçıları ilə apardığınız müzakirələr və qəbul olunmuş bəyannamə qlobal pandemiya böhranından çıxmaq üçün beynəlxalq birliyə Sizin verdiyiniz mühüm töhfə və əsl nümunədir.

Sizin böyük uzaqgörənliyinizlə illərdən bəri səhiyyə sahəsində həyata keçirilmiş islahatlar bu gün pandemiya şəraitində bir çox problemlərin zamanında tam həll olunmasına şərait yaradır.

Ölkəmizdə özəl sektorun fəaliyyətinin dəstəklənməsi, iş yerlərinin qorunub saxlanılması, iqtisadiyyatın real sektorunun işinin davam etdirilməsinin təmin olunması xalqımıza böyük qayğının əməli ifadəsidir və postpandemiya dövrünün çağırışlarına tam cavab verir.

Azərbaycan alimləri koronavirus dövrünün proseslərini və hadisələrini diqqətlə izləyib təhlil etməyi və çıxış yolları haqqında proqnozlar hazırlamağı özlərinə borc bilirlər.

Cənab Prezident, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi həmişə olduğu kimi, pandemiya dövründə də ölkəmizi və xalqımızı bu çətin imtahandan uğurla çıxaracağınıza ürəkdən inanır.

Bu böyük sınaq günlərində xalqımız qarşısında göstərdiyiniz böyük xidmətlərə görə Azərbaycan alimlərinin dərin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024