“Serjik qatildir”: Sarkisyanın evinin qarşısında aclıq aksiyası
Tarix: 09-07-2015 | Saat: 18:52
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər
“Mən həlak olan əsgərlərin analarını dəstəkləyirəm”.
Bu gün sabiq siyasi məhbus, müxtəlif etiraz aksiyalarının iştirakçısı Vardges Qaspari Serj Sarkisyanın evinin qarşısındakı küçədə yerləşərək aclıq aksiyasına başlayıb.
Aia.az epress.am-a istinadən xəbər verir ki, aclıq aksiyasının motivləri barədə Qaspari Facebook səhifəsində yazıb (orfoqrafiya saxlanılıb).
“Vətəndaşlar açıq-aşkar hərəkət edir və öz hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürür. Kriminal aləm isə gizli, məsuliyyətdən qaçaraq fəaliyyət göstərir.
Artıq neçənci dəfədir ki, mənim cari hakimiyyət və Serj Sarkisyana qarşı aşkar çıxışlarımdan sonra “naməlum şəxslər” mənzilimin qapısı qarşısına peyin qalağı qoyurlar. O cümlədən mənim qonşularıma narahatlıq yaradaraq, hökumət mənim etiraz aksiyamın səsini boğmağa çalışır. Bununla da cari hökumət, orduda həlak olan əsgərlərin və digər ədalətsizliyin qurbanı olanları dəstəklədiyim üçün faktiki olaraq mənim ailəmi, yetkinlik yaşına çatmayan oğlumu da cəzalandırırlar...
Mənim (və digərlərinin) haqlarının pozulmasına etiraz əlaməti olaraq bu gün saat 12:00-da Serj Sarkisyanın evi qarşısında, Proşyan-Demirçyan kəsişməsində aclıq aksiyasına başlayıram və “Serjik qatildir, Serjik cinayətkardır, Serjik alçaqdır” şüarları ilə etiraz etməyə davam edəcəm.
Dövlət məmurunun aşkar qiymətləndirilməsi mənim vətəndaş hüququmdur. Dövlət qulluqçusu, onun sərəncamında olanlar, polis, təhlükəsizlik xidməti, partiya yoldaşları və digərlərinin mənə və başqalarına qarşı oğru zorakılığı ilə qarşı durmağa haqları çatmır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2024
22-11-2024