Gözləri olmasa da, maşınlara həyat verir - əlilin bacarığı - VİDEO
Tarix: 09-07-2015 | Saat: 14:39
Bölmə:Media / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər
Gözləri görmür, amma avtomobilləri ustalıqla təmir edir. Asif adlı bu şəxs Pakistanın ən məşhur mexaniklərindən biridir.
Anadan gəlmə gözləri görməyən Asif uşaqlıq illərində avtomobilləri səsindən tanıyıb. Böyüdükcə barmaqlarının ucu onun gözlərinə çevrilib. O indi əlini mühərrikin içində gəzdirməklə sanki avtomobilin probleminin nədən ibarət olduğunu, hansı hissənin işləyib-işləmədiyini anlayır.
Gözləri olmayan avtomobil ustası mühərrrikdə şurupları asanlıqla açır, boltları dəqiqliklə bərkidir. Açdığı şurupları əvvəlki yerinə qaytarmaq da Asif üçün artıq adi bir işə çevrilib. Gözləri görməyən ustanın təmir etdiyi mühərrikə isə söz ola bilməz. Kifayət qədər böyük olan Kəraçi şəhərində avtomobil sexi işlədən gözdən əlil usta, işlədiyi məkana xeyli sayda müştəri də cəlb edə bilib. Avtomobil sahibləri maşınlarını gözləri görməyən ustaya etibar etməkdən çəkinmir.
Müştərilər deyir ki, Asif avtomobil təmir edəndə sanki gözdən əlil olduğunu unudur. O, maşının probleminin nədən ibarət olduğunu mühərrik işə düşər-düşməz anlayır.
Asif deyir ki, avtomobilin işləmə mexanizmini öyrənmək onun o qədər də vaxtını almayıb. Əllərini mühərrikin içində gəzdirə-gəzdirə nəyin harda yerləşdiyini öyrənən pakistanlı, bu yolla mühərrikin işləmə mexanizmini də anlayıb. Başqa sözlə desək, o indi mühərrikdəki nasazlığın nədən ibarət olduğunu maşının səsindən anlayır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024