Mobil versiya
Bakıda axtarışda olan 21 nəfər saxlanıldı
Tarix: 14-02-2020 | Saat: 09:32
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda axtarışda olan 21 nəfər saxlanıldı


Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də 34 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024