Ana Sayfa > Parlament > Bakıda axtarışda olan 21 nəfər saxlanıldı
Bakıda axtarışda olan 21 nəfər saxlanıldı14-02-2020, 09:32. Yazar: sevinc1 |
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də 34 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən aia.az-a verilən məlumata görə, onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir. aia.az Geri dön |