Mobil versiya
“Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirib
Tarix: 19-11-2019 | Saat: 16:45
Bölmə:Gündəm | çapa göndər

“Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirib


Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr edilmiş “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası idarə heyətinin rəhbəri Səkinə Babayeva ölkəmizdə qadın sahibkarlarının biznes imkanlarının artırılması istiqamətində həyata keçirdikləri layihələr barədə danışıb. Azərbaycan hökuməti tərəfindən qadın sahibkarlara dəstək verildiyini vurğulayan Səkinə Babayeva qeyd edib ki, Fəaliyyətinin ilkin mərhələsində əsasən struktur təşkilatlanma strategiyasına diqqət yetirən Assosiasiya əməliyyat müstəvisində geniş spektrli işlər yerinə yetirmiş və bir çox tədbirlərin təşkilində fəal iştirak etmişdir.

Belə ki, bu müddət ərzində Assosiasiya fəaliyyətinin ilk ilində 208 tədbir, 2019-cu ildə isə 273 tədbir keçirilmişdir.


Bu il Bakıda ilk olaraq İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu ilə başlayan sərgi davamlı olaraq dövlət və özəl qurumlarla birgə əməkdaşlıq çərçivəsində davam etdirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadın sahibkarların sayı ilbəil artır. Qadın sahibkarların sayının artması əhalinin həyat səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılmasına səbəb olur.
Komitə sədri vurğulayıb ki, qadınların peşə-ixtisas kurslarına cəlb edilməsi daha da güclənməlidir. Sahibkar qadınlar üçün yeni bazarlara çıxış imkanları yaradılmalıdır. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir. Qadın sahibkarların istehsal etdikləri məhsulların ixracı daha da artırılmalıdır.

Hicran Hüseynova əlavə edib ki, Azərbaycanın 8 rayonunda Qadın-Resurs mərkəzlərinin yaradılması nəticəsində 145 qadın şəxsi biznesini qurub. Bütövlükdə bu mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi mövcuddur.

Forumda "Uğurlu qadınların hekayəsi," "İncəsənətdə sahibkarlığın inkişafı", "Azərbaycanda turizm biznesi/evdə məşğulluğun inkişafı", "Biznes fəaliyyəti olan qadınlar: üstünlüklər, çətinliklər və imkanlar", "Azərbaycanda sahibkarlığın təşviqində biznes təhsilin rolu" və "Bankların qadınlara göstərdiyi dəstək mexanizmləri" mövzularında panel müzakirələr aparılıb.

Sonda isə Assosiasiyada fəaliyyətinə görə Azərbaycan Milli Geyim mərkəzinin rəhbəri Gülnarə Xəlilova , Regionlarla iş Komissiyasının rəhbəri Kəmalə Məmmədli, ASENA MMC-nin rəhbəri Sevda Nəcəfova, Nərgiz Klinikasının rəhbəri Məlahət Qəhrəmanova, komissiya rəhbərləri, assosiasiya üzvləri və işçi heyəti mükafatlandırılıb.

Qeyd: Forumda qadınların əl işlərindən ibarət “Əl Əməyi Göz Nuru” çərçivəsində sərgi keçirilib.
Noyabrın 19-u isə Land Mark otelində forumun davamı olaraq, Marketing, Sahibkarlıq Psixologiyası, Şirkətlərin maliyyə sisteminin cehck-up-ı mövzularında seminar keçirilib. Seminara 50 yə yaxın qadın iştirak edib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024