Mobil versiya
Özünüməşğulluq proqramı iştirakçıları onlayn maarifləndirmə tədbirindən yararlanıblar (FOTO)
Tarix: 07-11-2019 | Saat: 15:06
Bölmə:Gündəm | çapa göndər

Özünüməşğulluq proqramı iştirakçıları onlayn maarifləndirmə tədbirindən yararlanıblar


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə növbəti onlayn maarifləndirmə tədbiri keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ADİU-nun “UNEC Extern” mərkəzindən aqrar sahəyə dair məlumatlandırıcı çıxış ediblər. Onlayn maarifləndirmə tədbirinə aqrar sektorda fəaliyyət göstərən sahibkarlarla yanaşı, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahələri üzrə ailə təsərrüfatlarını yaratmış vətəndaşlar da cəlb edilib.

Tədbir çərçivəsində aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması barədə məlumatlar verilib. Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni subsidiya qaydaları barədə məlumatlandırma işi aparılıb.

İştirakçıların müvafiq mövzularda sualları da cavablandırılıb. Ümumilikdə onlayn maarifləndirmə tədbirindən Bakı və bölgələrdə 1300-dən çox sahibkar və proqram iştirakçısı yararlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024